İrandan Azərbaycana 2 kq norkotik maddə keçirdi, amma sata bilmədi - FOTOLAR

İrandan Azərbaycana 2 kq norkotik maddə keçirdi, amma sata bilmədi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Biləsuvarda Cəlilabad sakinindən külli miqdarda narkotik maddə götürülüb.
A24.Az “Report”a istinadla xəbər verir ki, Biləsuvar rayon Polis şöbəsinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi iş başında yaxlanıb.
Müəyyən olunub ki, Cəlilabad rayon sakini Elnur Quliyev bir müddət əvvəl İrana gedib və orada Hacı adlı şəxsdən satış məqsədi ilə külli miqdarda narkotik vastə alıb. O, daha sonra narkotik maddəni Dövlət sərhədindən qaçaq yolla Azərbaycan tərəfə keçirib. Lakin narkotik vasitələri satarkən polis tərəfindən tutulub.
Saxlanılan zaman onun üzərindən 935 qram tiryək, 990 qram heroin və ümumilikdə 2 min 170 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar