İrandan daha bir addım: İsfahandakı uran zavodu yenidən işə başladı

İrandan daha bir addım: İsfahandakı uran zavodu yenidən işə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən geri çəkilməsindən 51 gün keçərkən, rəsmi Tehran uranı zənginləşdirməklə bağlı işləri həyata keçirmək istiqamətində bir addım atıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İran, bu ay Birləşmiş Millətlərə bağlı olan Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirdiyi kimi, İsfahanda UF6 (uran heksaflorid) istehsal edən zavodu yenidən açıb.

İranın Atom Enerjisi Qurumu, dini lider Ayətullah Əli Xameneyinin uran zənginləşdirmə tutumunu artırmaq göstərişi əsasında, İsfahan şəhərində UCF kompleksi daxilindəki UF6 istehsal zavodunun yenidən açıldığını açıqlayıb. Zavodda 9 il əvvəl kifayət qədər “sarı tort” olmaması səbəbindən bağlanmışdı. 2015-ci il tarixli nüvə müqaviləsi, İranın “sarı tort” istehsalı və idxalını asanlaşdırdığından, zavodu işlədəcək qədər xammal əl çətən olur. Beləliklə, İsfahandakı zavoda bir çən “sarı tort” gətirilir. Rəngi və formasına görə “sarı tort” adlanan üyüdülmüş uran oksid, UF6-ya çevirilir. UF6 qazı isə uran zənginləşdirən alətlər olan sentrifuqaları bəsləyən xammaldır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın (5+1) 2015-ci ildə İranla razılaşdığı nüvə müqaviləsi, İranın uranın zənginləşdirməsinə müxtəlif məhdudiyyətlər yaradırdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar