İrandan İsrailə sərt xəbərdarlıq: Peşman olacaqsınız

İrandan İsrailə sərt xəbərdarlıq: Peşman olacaqsınız
Want create site? Find Free WordPress Themes and plugins.

İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə arxivini ələ keçirdikləri və gizli silah proqramına dair dəlil tapdıqlarını iddia etdiyi açıqlamalarına İranın müdafiə naziri cavab verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İran müdafiə naziri Əmir Hatəmi, Netanyahunun iddialarını “İsrailin provokatif aktları” – deyə qiymətləndirib Tehranın bu məsələni cavabsız qoymayacağını deyib.

“Bu bizim Qüdsü işğal edən rejimə və onun havadarlarına xəbərdarlığımızdır: Təhlükəli əməllərinizi dayandırın. İranın bu məsələyə qarşılığı sürpriz şəkildə olacaqdır və siz bundan peşman olacaqsınız”, – deyə Hatəmi əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar