A24 Xeber

İrandan Rusiyaya sərt cavab: Kimsə İranı Suriyadan çıxarta bilməz

İrandan Rusiyaya sərt cavab: Kimsə İranı Suriyadan çıxarta bilməz
56
21 May 2018 - 16:36

İran Daxili İşlər Nazirliyinin sözcüsü Qasım Behrami Rusiya prezidenti Putinin İranın Suriyadan çıxmasını istəməsiylə bağlı iddialarına cavab verib.

“A24.az” bildirir ki, Qasım Behrami Tehranda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qasım Behrami “Rusiya əcnəbi qüvvələrin Suriyadan çıxmasını istəyir. Rusiyanın İranı Suriyadan çıxmağa məcbur etməsi mümkündür?” sualına “Kimsə İranı nəyəsə məcbur edə bilməz. İran gərəkdiyi qədər və Suriya dövləti istədiyi müddət ərzində kömək etməyə davam edəcək” cavabını verib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Putin Bəşər Əsədlə Soçidə görüşərkən əcnəbi qüvvələrin Suriya torpaqlarından çıxarılmasının bildirib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00