İranı çökdürmək üçün Səudiyyə Kralı Trampla razılığa gəldi

İranı çökdürmək üçün Səudiyyə Kralı Trampla razılığa gəldi
Want create site? Find Free WordPress Themes and plugins.

Kral Selmanın başçılıq etdiyi Səudiyyə Kabineti “Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa ehtiyat istehsal gücünü istifadə etməyə hazırlaşır” açıqlamasını verib.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın İranı hədəfləyərək Səudiyyə Ərəbistanından neft hasilatını artırmaq tələbinə Ər-Riyaddan cavab gəlib.

İran və Venesuelladan neftin alınmasına mane olmağa çalışan ABŞ boşluğu tarazlamaq üçün neft hasilatını artırmasını istədiyi Səudiyyə Kralı Selmandan müsbət cavab gəlib.

Dünyanın bir nömrəli neft ixracatçısı, həm də Neft İxrac Edən Ölkələrin üzvü olan Səudiyyə Ərəbistanı qlobal neft bazarını balanslaşdırmaq üçün  2 milyon barellik neft ehtiyatlarını istifadə etməyə hazırlaşdığını açıqlayıb.

Kral Selmanın sədrlik etdiyi  Səudiyyə Kabineti iclasdan sonra bu açıqlamanı verib:

“Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa, ehtiyat istehsal gücünü istifadə etmək üçün hazırlığını görür”.

Xatırladaq ki, ötən gün ABŞ Xarici İşlər Nazirliyinin Siyasi planlaşdırma müdiri Brian Huk İranın neft gəlirlərini sıfıra endirməyi qarşılarına məqsəd qoyduqlarını açıqlayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar