İranın ən böyük parkı yanır

İranın ən böyük parkı yanır
Want create site? Find Free WordPress Themes and plugins.

İranın şimal-şərqində yerləşən və ölkənin ən böyük milli parklarından biri sayılan “Qolestan” yanır.

A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın Ətraf mühit üzrə yerli idarə rəhbəri Əmir Abdus məlumat verib.

“İki saat ərzində yanğın 100-dən çox hektar otlaq ərazisi məhv edib”, — deyə Ə.Abdus agentliyə bildirib.

Qeyd edib ki, yanğın qonşu əyalətdən Şimali Xorasan istiqamətində başlayaraq quru otun yanması ilə daha da alovlanıb. Alov şərqdən qərbə – parkın meşə massivləri istiqamətində hərəkət edir. Abdusun sözlərinə görə, yanğının söndürülməsinə artıq hərbiçilər qoşulublar — ordu və digər güclər köməklik göstərsələr də, alovu nəzarət altına almaq imkanları hələlik yoxdur.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar