İranla əməkdaşlıq Azərbaycana nə vəd edir? – EKSPERT AÇIQLAYIR

İranla əməkdaşlıq Azərbaycana nə vəd edir? – EKSPERT AÇIQLAYIR
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər”

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov prezidentin İran səfərinin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyini şərh edərkən deyib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçının sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını gündəmə bir daha gətirdi:

“Cənub qonşumuza tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir. 78 milyon istehlakçı, 1.459 tirlyon dollar (PPP ilə) Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır”.

Azərbaycan ilə İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə bilər?

Ekspertin sözlərinə görə, əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir:

“İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır və halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekular Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir. Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil və eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycan qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var. Dördüncüsü, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətlərinin əsas ofislərinin Azərbaycanda yaratmaqla, yəni ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür. Nəhayət, İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sankiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil”.

Qeyd edək ki, dünən prezident İlham Əliyev İrana rəsmi səfərə gedib. Prezident İlham Əliyev qeyd edib ki, respublikamız İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir: “Bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq”.

“İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb”, – deyə İ.Əliyev bildirib.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar