A24 Xeber

İranla İsrail liderləri gizli görüşdü – Mövzu Suriya

İranla İsrail liderləri gizli görüşdü – Mövzu Suriya
72
28 May 2018 - 15:42

İran və İsrailin İordaniyanın paytaxtı Ammanda gizli şəkildə görüşdükləri iddia edilir.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, görüş zamanı Tehran hökumətinin Suriyanın cənub-şərqindəki qarşıdurmalarda iştirak etməyəcəyi mövzusunda razılığa gəldikləri bildirilir.

İranın Ammandakı səfiri Mucteba Firdevsi Burun da aralarında olduğu iranın təhlükəsizlik orqanları və Mossad liderinin köməkçisi, israilli məmurlar Ammandakı otellərdən birində müxtəlif otaqlarda yerləşdiriliblər. Tərəflər arasındakı müzakirə mesajlarının iordaniyalı vasitəçi tərəfindən aparıldığı bildirilib.

Məlumata görə, qarışıq məsələlərin müzakirəsində duran başlıca məsələ Suriyanın cənub-şərqində, xüsusilə də Dera və el-Kuneytara şəhərlərində baş verəcək qarşıdurmalar olub. Həmin görüşdə olan mənbənin verdiyi məlumata görə, görüşün nəticəsi olaraq İran, Livan Hizbullahı və digər şiə qrupları sözügedən bölgədə rejim qüvvələri ilə müxaliflər arasında meydana gələcək qarşıdurmalarda iştirak etməyəcək. Bundan başqa İordaniyanın sərhədlərindəki tranziti qorumaq üçün razılığa gəliblər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00