A24 Xeber

İranla müharibəni dəstəkləməyəcəyik – Qətər

İranla müharibəni dəstəkləməyəcəyik – Qətər
25
03 İyun 2018 - 14:50

Qətər baş nazirinin müavini və Müdafiə naziri Xalid bin Məhəmməd əl-Attiyə ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatlara dəstək verməyəcəyini açıqlayıb.

A24.Az xəbər verir ki, Sinqapurda Asiya Təhlükəsizlik Zirvəsindən sonra jurnalistlərə açıqlama verən nazir Qətərin İranla qonşu olduğunu və hər zaman danışıqlardan yana mövqe tutacaqlarını bildirib.

“ABŞ-la İsrailin İranla müharibə çağırışı sizcə ağıllı davranışdırmı? Əgər 3-cü bir ölkə bölgə dövlətlərini İranla müharibəyə səsləyirsə, çox təhlükəli addım atır”, – deyə o, söyləyib.

Attiyə ölkəsinin İranla imzalanmış nüvə sazişinə sadiq olduğunu da deyib.

Qeyd edək ki, ABŞ hazırda Qətərdəki Əl Üdeyid avibazası vasitəsilə İraq və Suriyada İŞİD-ə, Əfqanıstanda isə Talibana qarşı əməliyyatlar keçirir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00