İranla müharibəyə hazırıq - Netanyahu

İranla müharibəyə hazırıq – Netanyahu
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail şimal sərhədlərində İranın hərbi varlığını artırmasına icazə verməyəcək.

A24.Az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin nazirlər kabinetinin iclasında çıxışı zamanı deyib.

O, İranın Suriyadakı hərbi varlığının İsrailə qarşı yönləndirilməsinə münasibət bildirib. Netanyahu rəsmi Tehranın son aylarda Suriyaya dron, anti-təyyarə və yerüstü dəniz raketləri daxil olmaqla, bir çox silah göndərdiyini açıqlayıb.

“Bu, qarşıdurma anlamına gəlsə də, İranın bizə qarşı aqresiyasını dayandırmaqda qərarlıyıq. Gec olmaqdansa, indi daha yaxşıdır”, – Neytanyahu söyləyib.

O, İsrailin vəziyyəti ağırlaşdırmağa çalışmadığını, lakin hər hansı bir ssenariyə hazır olduğunu vurğulayıb.  “Vaxtında hərəkət etməyən ölkələr, sonradan səhvlərinə görə, böyük cəza alırlar”, – İsrailin baş naziri bildirib.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar