A24 Xeber

İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”
28
10 Avqust 2018 - 18:14

 “İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir”.

Bunu İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə bildirib.

Q.Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsizlik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”.  //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00