A24 Xeber

İranlı hakerlər Britaniya məktəblərindən oğurluq etdilər

İranlı hakerlər Britaniya məktəblərindən oğurluq etdilər
28
16 Sentyabr 2018 - 12:20

İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurlayıblar.

“A24.az” bildirir ki, bu barədə “The Telegraph” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, sənədləri oğurlanan ali məktəblər Oksford, Kembric, Edinburq universitetləridir. Nəşr xəbər verib ki, oğurlanan sənədlər internetdə satışa çıxarılıb.

Oğurlanmış fayllar atom enerjisi və kibertəhlükəsizlik sahələri üzrə məxfi araşdırmalardır. Qəzet iddia edir ki, sənədlər İran saytlarında cəmi 2 riala satılır.

Onları almaq üçün “Whatsapp” və “Telegram” messenceri vasitəsilə sorğu göndərmək lazımdır. Ödəniş bank köçürməsi vasitəsilə həyata keçirilir, bundan sonra hakerlər elektron poçtla alıcılara lazım olan sənədin surətini göndərir.

Haker hücumu barədə məlumatı Edinburq universitetinin nümayəndəsi təsdiqləyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00