A24 Xeber

İranlı turistlər Türkiyənin şəhərini “işğal” etdilər

İranlı turistlər Türkiyənin şəhərini “işğal” etdilər
90
25 İyun 2017 - 15:02

İranlı turistlər Ramazan bayramı tətilində Türkiyənin Van şəhərinə axın ediblər.

A24.Az xəbər verir ki, Van Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Nəcdət Takva şəhərdə bütün otellərin iranlılarla dolduğunu açıqlayıb.

N.Takva son bir ayda İrandan 19 min 408 turistin Van şəhərinə gəldiyini söyləyib. Sədr son illərdə İranda apardıqları təbliğat kampaniyasının turist axınına səbəb olduğunu deyib.

Şəhərin ticarət mərkəzlərinin müdirləri də situasiyadan razılıqlarını bildirib.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00