A24 Xeber

İraq Suriyada İŞİD-ə qarşı əməliyyat keçirəcək

İraq Suriyada İŞİD-ə qarşı əməliyyat keçirəcək
25
04 Aprel 2018 - 21:18

İraq hökumətinin Suriyadakı İŞİD xadimlərinin İraqa qayıtmasına mane olmaq üçün Suriya torpaqlarında əməliyyat keçirə biləcəyi bildirildi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-ə qarşı siyasət mövzusunda müşavirlik edən Hişam əl Haşimi belə bir əməliyyat üçün havadan əsgər endirmək lazım olacağını, ancaq İraq əsgərlərinin Suriya sərhədini qurudan keçmələrinin düşünülmədiyini bildirib.

Ötən il dekabr ayında İŞİD-in İraqda məğlub olduğunu elan edən İraq Baş Naziri Heydər İbadi, ötən bazar günü verdiyi bəyanatda isə İŞİD xadimlərinin Suriyadakı varlığının gerçək bir təhlükə olduğunu söyləmişdi. İbadi “İraqda terrorla mübarizədən, regionda terrorizmlə mübarizəyə keçməyi düşünürük. İstədiyimiz nə sərhədləri pozmaq, nə də qonşu ölkələrə hücum etməkdir”.

İraq hərbi rəsmilərinin bu planı müzakirə etməkdə olduqlarını deyən İbadi, əməliyyatların gizli saxlanılacağını da qeyd etmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00