İraqda 6 azərbaycanlı qadın ömürlük həbs edildi 

İraqda 6 azərbaycanlı qadın ömürlük həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.
Bağdad Mərkəzi Cinayət Məhkəməsi 6 azərbaycanlı qadınla bağlı qərar qəbul edib.
A24.Az  xəbər verir ki, onlar ömürlük azadlıqdan məhrum edilib.
Məlumata görə, Bağdad Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxıb. Onların arasında 6 azərbaycanlı qadınla yanaşı, 19 Rusiya və 4 Tacikistan vətəndaşı olub. Onların hamısı ömürlük azadlıqdan məhrum edilib.
Uşaqları ilə birlikdə iclasa gələn qadınlar öz istəkləri ilə deyil, İŞİD-ə qoşulmuş ərləri tərəfindən İraqa gətirildiklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl İraqda 5 azərbaycanlı qadın eyni səbəbdən edam cəzasına məhkum edilib.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar