A24 Xeber

İraqda parkda kamikadze özünü partladıb – ölənlər var

İraqda parkda kamikadze özünü partladıb – ölənlər var
23
24 May 2018 - 8:28

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

“A24.az”ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şimal bölgəsində parkda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerinə İraq güc strukturlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00