A24 Xeber

İraqda vəziyyət dəyişir: Əlavə əsgər göndərilir

İraqda vəziyyət dəyişir: Əlavə əsgər göndərilir
41
27 Mart 2018 - 22:57

İraq baş naziri Heydər Əl İbadi Sincar rayonunun təhlükəsizliyin təmin olunması üçün kifayət qədər hərbi qüvvə göndərdiklərini və rayonda ölkə bayrağından başqa heç bir əcnəbi bayrağın asılmasına icazə verməyəcəklərini söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İbadi Bağdadda keçirdiyi həftəlik mətbuat konfransında, PKK-nın geri çəkildiyi bildirilən Sincarda təhlükəsizliyi təmin etdiklərini və bunun üçün Suriya sərhədinə qədər kömək hərbi qüvvə göndərdiklərini qeyd edib. “Orada (Sincarda) ölkə bayrağımız başqa heç bir əcnəbi bayrağın asılmasına və İraq qüvvələri xaricində kimsənin silah daşımasına icazə vermərik. Kimsənin də torpaqlarımızı istifadə edərək qonşu ölkələrə təcavüz etməsinə göz yummarıq”, – deyə İbadi vurğulayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım ilə həyata keçirdiyi telefon danışığına toxunan İbadi, Türkiyə Baş Naziri İraqın sərhəd və suverenliyinə hörmət etdiklərini bildirib. İraqda xarici qüvvə olmasına dair sualı cavablandıran İbadi bildirib ki, quruda heç bir xarici hərbi qüvvə yoxdur: “İraqda olan xarici hərbi bazaların nəzarəti də bizim təhlükəsizlik qüvvələrimizin əlində olur. Qüvvələrimizin maddi-texniki dəstək üçün xarici qüvvələrə ehtiyacımız davam edir”, – deyə Heydər Əl İbadi cavablandırıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00