İrəvanda “Çörək çatdıranın” meyitini gizli yardılar

İrəvanda “Çörək çatdıranın” meyitini gizli yardılar
Want create site? Find Free WordPress Themes and plugins.

Serj Sarkisyan rejimi bütün dövlət orqanlarının yalançılığını və fəaliyyətinin qüsurluluğunu növbəti dəfə nümayiş etdirib.

A24.Az virtualaz.org-a istinadən bildirir ki, bu ölkənin İstintaq Komitəsinin katibliyi bildirib ki, müstəqil ekspertlərdən heç kəs Artur Sarkisyanın cəsədinin ekspertizasına gəlməyib. Halbuki ittiham olunanın vəkilləri bütün prosedurları təxirə salmağı xahiş edirdilər ki, müstəqil ekspertlər ekspertiyaza çata bilsinlər.

Amma müdafiəçilərin müraciətinə əhəmiyyət verməyən yerli “ekspertlər” tələsik ekspertiza keçiriblər. Görünür, əsas məqsəd Arturun ölümünün kriminal xarakterini göstərə biləcək əlamətlərin gizlədilməsini təmin etmək olub.

Hakimiyyət öz hərəkətlərindəki tələskənliyi ekspertizanı ölüm anından 48 saat gec olmayaraq keçirmək zərurəti ilə izah edib. Halbuki dünya kriminalistika təcrübəsində bu prosedurun, əgər meyit lazımi şəraitdə saxlanırsa, həftə ərzində keçirilməsi də tamamilə mümkündür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar