İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayırlar - FOTOLAR

İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayırlar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayırlar.

Hazırda müxalifət fəalları bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar.

Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikola Paşinyanın qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq hərəkət edir.

Bundan əvvəl N.Paşinyan müxalifətin aprelin 17-ə olan hərəkət planının açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq üçün parlament yaxınlığında  bütün küçələrin bağlanmasına cəhd edəcəklər.  Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

***

20:50

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

Bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. Etirazçılar Fransa meydanında gecələməyə qərar veriblər.

Qeyd edək ki, bu gün İrəvanda keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir. Kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar