İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi

İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.

A24.az xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.

Ofisiant pulun Azərbaycan qəpiyi olduğunu öyrənəndən sonra müştərinin əyləşdiyi masaya yaxınlaşıb və onun üzərində latınca yazılan siqaret qutusunu unutduğunu görüb. Ofisiant bir neçə gündür kafeyə gələn və həmişə eyni masada əyləşərək kağız üzərində latınca qeydlər aparan müştəridən haralı və hansı peşənin sahibi olduğunu soruşduğunu bildirib. Onun sözlərinə görə, müştəri isə cavabında amerikalı müəllim olduğunu deyib.

Kafedə çalışanlar müştərinin 5 qəpik verdiyini biləndən sonra onun fotoşəklini çəksələr də, sözügedən şəxsin üzü fotokameraya düşməyib. (teleqraf)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar