A24 Xeber

İrəvandan Moskvaya gələn avtobus yük maşını ilə toqquşub: ölənlər var

İrəvandan Moskvaya gələn avtobus yük maşını ilə toqquşub: ölənlər var
45
20 Mart 2018 - 12:17

Bu gün Rusiyanın Voronej vilayətində sərnişin avtobusu və yük maşını toqquşub.

“A24.az”ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə M-4 federal magistralının 673-cü kilometrliyində baş verib.

İlkin məlumata görə, İrəvandan Moskvaya gələn sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Avtobusda 48 sərnişin və 2 sürücü olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00