İrina Kindzerska Azərbaycana bürünc medal qazandırıb

İrina Kindzerska Azərbaycana bürünc medal qazandırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qadınların yarışında +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.

Xatırladaq ki, Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.

Qeyd edək ki, Düsseldorf “Böyük Dəbilqə” turnirundə dünyanın 65 ölkəsindən 441 cüdoçu mübarizə aparıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar