A24 Xeber

İş birliyinə SON: Kürdlərə silah verilməyəcək

İş birliyinə SON: Kürdlərə silah verilməyəcək
60
12 İyun 2018 - 12:29

Kanada 3 ildən çoxdur İraqda Peşmərgələrlə birlikdə davam etdirdiyi hərbi birliyə rəsmi şəkildə son qoyduğunu açıqlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş Qərargah rəisi Conatan Vance mediaya verdiyi açıqlamasında bildirib.

General Vance 3 ildən çoxdur Peşmərgələrlə işləyən kanadalı xüsusi qüvvələrin davam etdirdiyi ortaqlığın Mosulun İŞİD terrorçularından təmizlənməsi səbəbiylə rəsmən sona çatdığını təsdiqləyib. Bundan başqa, general bu halda Kanadanın kürd qüvvələrini silahlandırmasının artıq mümkün olmadığını bildirib:

“Bu planın başlıca məqsədi İraq ordusuna, Peşmərgələrə və koalisiya qüvvələrinə Mosulu İŞİD-dən geri almaqda kömək etmək idi. Bu məqsədə nail olunduğu üçün kürdlərin silanlandırılmasına ehtiyac qalmadı. Silahları göndərməkdə məcbur idik, missiyanın məqsədinə çatmaq üçün məcburiyyət idi, ancaq bu hal aradan qalxdı”.

Qeyd edək ki, ötən il Kanada hökuməti bölgədəki İŞİD üzvlərini məhv etmək üçün missiyanın bir hissəsi olan Peşmərgə qüvvələrinə tüfəng, pulemyot, bomba və tank əleyhinə raketlər kimi ağır silahların veriləcəyini bildirmişdi.

Peşmərgələrə verilməsi planlaşdırılan ağır silahların hələ də Montrealdakı Kanada Silahlı Qüvvələrinin deposunda mühafizə edildiyi qeyd edilib. Lakin Kanada Müxalifət Partiyası mühafizəkarların lideri Andrev Scheer Peşmərgələr üçün hazırlanan silahların Ukraynaya verilməsini təklif edib. Scheer 9,5 milyon dollar dəyərində olan silah-sursatın depolarda toz basması yerinə tez bir zamanda Ukraynaya göndərilməsi təklifini irəli sürüb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00