A24 Xeber

İsa Qəmbər müalicəsi üçün başqa ölkəyə getdi

İsa Qəmbər müalicəsi üçün başqa ölkəyə getdi
55
04 Aprel 2018 - 10:39

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə üçün Almaniyaya gedib.

“A24.az” xəbər verir ki, o, oğlu Turqut Qəmbərlə birgə yola düşüb.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub.

O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib. O, “Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və o, Bakıya qayıdıb.

Report.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00