İşdə necə uğur qazanmaq olar? - VİDEO

İşdə necə uğur qazanmaq olar? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İşə tez getmək, kollektivin hər bir üzvü ilə yaxşı münasibət qurmaq, səliqəli geyinmək…

“A24.az” bildirir ki, bir çoxları üçün əhəmiyyətsiz görünsə də, işdə rəhbərlik bu və digər məqamlara xüsusi diqqət yetirir. İnsan resursları üzrə mütəxəssis Xanımana Həmzəyeva bildirir ki, vəzifənin və əməkhaqqının artırılması hər bir işçinin öz əlindədir. Bunun üçün ilk növbədə fərdi inkişafa əhəmiyyət verilməlidir. İşçi nə qədər peşəkar olsa da, biliklərini artırmırsa, hər ötən gün rəqiblərindən geri qalır.

Digər diqqət yetirilən xüsusiyyət çətin vəziyyətdə davranışdır. İstənilən halda özünü itirməyən və soyuqqanlı olan işçilər qiymətləndirilir. Pozitivlik də işçini fərqləndirən cəhətdir. Problemlərini biruzə verən, şikayətlənən, gün ərzində dilxor və əsəbi olan işçilər sevilmir. İş yoldaşları ilə münasibətlər də əsas diqqət yetirilən məqamlardandır.

Uğura aparan əsas yol isə yeniliklərə can atmaq, çətin və məsuliyyətli işləri görməkdən qorxmamaqdır.

https://youtu.be/Ngh6iDKvOZM

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar