İşdən çıxarılan başçı: “Nahardan qayıdanda eşitdim ki..."

İşdən çıxarılan başçı: “Nahardan qayıdanda eşitdim ki…”
Want create site? Find Free WordPress Themes and plugins.
Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə onun yerinə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib.
A24.Az-ın məlumatına görə, Tofiq Zeynalov xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər:
“Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar