İşdən çıxarılan şəxslərə SMS bildiriş göndəriləcək

İşdən çıxarılan şəxslərə SMS bildiriş göndəriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə SMS bildiriş göndəriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən A24.Az-a verilən xəbərə görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada SMS bildiriş göndəriləcək.

Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir.

 Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı üç il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ var.

Yəni, azı üç il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı üç ildən beş ilə qədər olduqda 50 faizi, beş ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi)  ilə təmin olunurlar.

Azı üç il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə altı ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar