A24 Xeber

İŞİD dövrü qapanır: Mosula son zərbə vurulacaq – AÇIQLAMA

İŞİD dövrü qapanır: Mosula son zərbə vurulacaq – AÇIQLAMA
86
23 İyun 2017 - 10:05

İraq baş naziri Heydər əl İbadət bir neçə gün ərzində Mosulun azadlığını elan edəcəklərini bildirib.

A24.Az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında Mosulun azad olunması haqda verilən sualı cavablandırarkən bildirib ki, Mosulun tamamilə azad edildiyi haqda bir neçə gün sonra açıqlama verəcəklər.

Əl İbadət həmçinin bildirib ki, İŞİD tərəfindən dağıdılan tarixi əsərlərin yerləşdiyi Nimrud və Hatra şəhərlərinin, eləcə də Mosuldakı Əl-Nuri məscidinin sökülən minarəsinin bərpasını planlaşdırırlar.

Qeyd edək ki, Mosuldakı xilasetmə əməliyyatı ötən ilin oktyabr ayından başlayıb. Bu müddət ərzində şəhəri 862 min nəfər tərk edib.

Bir neçə gün öncə isə İraq ordusu Mosulun “Qədim Şəhər” ərazisində İŞİD-in mövqelərinə hücuma keçdiyi bildirilmişdi. “Qədim Şəhər” İŞİD-in Mosulda nəzarətdə saxladığı son bölgədir.

A24.Az

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00