A24 Xeber

İŞİD hücum taktikasını dəyişdi: Bundan sonra insanlara silah və bomba olmadan hücum edəcək

İŞİD hücum taktikasını dəyişdi: Bundan sonra insanlara silah və bomba olmadan hücum edəcək
562
24 Mart 2017 - 13:59

“Daily Telegraph”ın iddialarına görə, İŞİD-in hücum taktikası dəyişib. Artıq insanları maşınla əzmək kimi silahsız hücumlar həyata keçirir.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İngiltərənin məşhur qəzeti terrorçularla bağlı yazısı ilə diqqət çəkib. Qəzet ötən il iyun ayında Fransanın Nic şəhərində və daha sonra Almaniyanın paytaxtı Berlində Noel bazarında maşınla hücumların təşkil edildiyini xatırladaraq, burada bir hücum taktikasının olduğunu bildirib.

Qəzet artıq həm Əl Qaidə, həm də İŞİD kimi terror təşkilatlarının insanlara hücum zamanı bu kimi üsullardan istifadə etdiklərini xatırladıb.

Hətta qəzet 2014-cü ildə İŞİD liderlərindən biri olan Əbu Muhamməd Əl Adnaninin Fransada yaşayan müsəlmanlara, fransızlara avtomobillərlə belə olsa əzmək, hər şey daxil əllərindən gələn bütün üsullardan istifadə edərək hücum etmələri çağırışında olduğuna da diqqət çəkib.

“Daily Telegraph” həm Avropol, həm də İngiltərə təhlükəsizlik qüvvələrinin son hesabatlarında qarşıdakı illərdə gerçəkləşdiriləcək hücumların bomba və ya silah olmadan da edilə biləcəyini qeyd edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00