İŞİD-in dağıtdığı məscidin altından 2600 illik saray çıxdı - FOTOLAR

İŞİD-in dağıtdığı məscidin altından 2600 illik saray çıxdı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Terror qruplaşması İŞİD-in 2014-cü ildə dağıtdığı Nəbi-Yunus məscidinin altından 2600 illik saray tapılıb.

A24.Az xəbər verir ki, İŞİD-in məscidin altında qazdığı tunelləri kəşf edən təhlükəsizlik xidmətinin əməkdaşları və arxeoloqlar tunellərin e.ə. 600-cü ildə tikilən tarixi bir saraya çıxdığını bildiriblər.

Tunellərin içərisində tarixi əsərlərə də rast gələn arxeoloqlar açıqlayıblar ki, yaxın bir müddətdə onlar çökə bilərlər. Məscidin altında daha öncə 1852-ci ildə Osmanlı İmperatorluğu və 1950-ci ildə İraq höküməti tərəfindən araşdırmalar aparılıb. Araşdırmaçılar hazırda terrorçuların bu saraya nə qədər zərər verdiyini araşdırırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar