İŞİD kasıbladı

İŞİD kasıbladı
Want create site? Find Free WordPress Themes and plugins.

İŞİD terror təşkilatının gəlirləri 2014-cü ildən 10 dəfə azalıb.

A24.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ məlumat və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sergey Beseda deyib.

Onun sözlərinə görə, dörd il əvvəl terrorçuların gəlirləri üç milyard dollar məbləğində qiymətləndirilirdi.

“Hazırda isə İŞİD yaraqlıları ilə 200-300 milyon dollar qazana bilirlər”, – Beseda qeyd edib.

O bildirib ki, terrorçuların maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi neft gəlirlərinin, həmçinin onların nəzarəti altında olan ərazilərdən gələn vergilərin azalması ilə bağlıdır.

S.Beseda əlavə edib ki, hazırda İŞİD terrorçu fəaliyyətini davam etdirmək üçün vəsaitlərini qanuni biznesə qoyur. Bununla da, onlar həmçinin çirkli pullarını yuyurlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar