İslam nədir? - Müsəlman kimdir? - Elşad Miridən VİDEOÇARX

İslam nədir? – Müsəlman kimdir? – Elşad Miridən VİDEOÇARX
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Miri “İslam nədir?” başlığı altında videoçarx hazırlayıb.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, videoçarxda ilahiyyatçı insanlar üçün “İslam və Müsəlman nədir?” sualını aydınlaşdırmağa çalışıb.

Həmçinin mövzuda təkcə Elşad Mirinin fikirləri deyil, şəhər sakinlərinin sorğu zamanı söylədikləri, islam haqqında düşüncələri və Quran ayələrindən çəkilən misallar yer alıb.

Videoçarxda təqdim edilən ikinci sorğunun sualı isə “Müsəlman kimdir?” olub. İnsanların gündəlik həyatlarında eşitdikləri halda, sual verildiyim zaman cavablandırmaqda çətinlik çəkdiyi mövzuyla bağlı fikirlər fərqli olub.

Elşad Miri “facebook” səhifəsində mövzu ilə bağlı nə düşündüklərini yazanların şərhini də oxuyub. İlahiyyatçı sonda İslamın nə və Müsəlmanın kim olduğunu izah edərək , fikirlərini “Müsəlman sevən, sevilən və sevgini yayan sevgi insanıdır. Elə isə sevgiylə qalın, sevgi ilə yaşayın!” cümlələri ilə tamamlayıb.

“A24.az” həmin videoçarxı təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar