İslam oyunlarında Bakıda müsəlman xanımlar üçün xüsusi taksi xidməti olacaq? - AÇIQLAMA

İslam oyunlarında Bakıda müsəlman xanımlar üçün xüsusi taksi xidməti olacaq? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bildiyimiz kimi bu ilin 12-22 may tarixlərində Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlar zamanı paytaxtımıza 55 müsəlman ölkəsindən çoxlu sayda idmançılar və turistlər gələcək. Paytaxt Bakıya gələcək qonaqların rahatlığı isə artıq indidən təmin edilməyə, hər xırdalığına kimi düşünülməyə başlanılıb.

Hər bir ölkədə olduğu kimi turistlərin ayaqlarını yerə qoyan kimi ehtiyac duyduqları nəqliyyat vasitələrindən biri taksi xidmətləridir. Mənzil başına aparan, şəhəri tanımayan birisini istədiyi yerə rahat şəkildə və tez çatdıran taksilər bizim ölkəmizdə turistlər üçün necə xidmət göstərəcək?

“A24.az” Bakıda müsəlman ölkələrindən gələnlər üçün, xüsusən də müsəlman xanımlara xüsusi xidmət göstərəcək taksilərin olub-olmadığını araşdırıb. Sualımıza cavab almaq üçün “Bakı Taksi” MMC-nin nümayəndəsi Məcnun Səfərovla əlaqə saxladıq.

“Bəli, biz bu məsələ ətrafında fəaliyyətimizi genişləndirmişik. Yəni qadın sürücülər və çəhrayı rəngdə maşınlar hazırlamışıq. Faktiki olaraq həmin avtomobillər xətdədir. İndi, o vaxta qədər mümkün olsa, İslam oyunlarında da xidmətin həyata keçirilməsini nəzərdə tuturuq. Hal-hazırda danışıqlar aparılır. İslam Həmrəyliyi Oyunlarını təşkil edən təşkilat, əgər bizə desə, əlbəttə ki, biz bunu reallaşdıracağıq. Onsuz da paytaxtda qadınlara xidməti biz çoxdan həyata keçirtmişik. Bizim çəhrayı taksilərimiz var”.

Çəhrayı taksilərdən kişilərin istifadə edib-etmədiyini gəlincə… “Bilirsiniz, şəhəriçi xidmət sahəsində biz məhdudiyyət qoya bilmərik. Hələlik, bu, uğurlu alınmaz, ayrı-seçkilik olar. Həm biz müəyyən müştəri yığandan sonra tələbə görə bu çəhrayı taksiləri ancaq qadınların xidmətinə verə bilərik. Amma IV İslam Həmrəyliyi Oyunlarında konkret olaraq tələb edilsə ki, “Bakı Taksi” MMC-nin çəhrayı taksiləri ancaq xanımlar üçün xidmət göstərsin, bu mümkündür”.

Söhbət zamanı son zamanlar ölkəmizə təşrif buyuran iranlı turistlərdən də danışan Məcnun Səfərov bildirdi ki, taksilərin geniş olmasına görə, iranlı turistlər onlara daha çox müraciət edir: “Hətta bir taksiyə 5-6 nəfər minənlər də olur. Ailəliklə minib taksilərimizdən faydalanan iranlı turistlər mənzil başına hesablanan qiymətlərdən də razılıq edirlər”.

Firuzə Alimova, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Din, Araşdırma, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar