İslam oyunlarının açılışında bu xidmətlər pulsuz olacaq - SİYAHI

İslam oyunlarının açılışında bu xidmətlər pulsuz olacaq – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək tamaşaçılara xüsusi diqqətimiz olacaq.

A24.Az xəbər verir ki, bunu Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayarq bütün tamaşaçılara diqqət yetirək: “Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Açılış vaxtı stadiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub”.

Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.

Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.
SalamNews

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar