İslamı müdafiə edən Məkkə imamına krallıqdan sərt reaksiya - Hesabı bağlandı

İslamı müdafiə edən Məkkə imamına krallıqdan sərt reaksiya – Hesabı bağlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri Cümə günü Böyük Məkkə Məscidinin imamlarından biri olan Şeyx Saud Al-Shuraimin sosial mediadakı hesabını bağladıb.

“A24.az” bildirir ki, bu barədə “AlKhaleej Online” xəbər yayıb.

Məlumata görə, Böyük Məkkə Məscidinin imamlarından Şeyx Saud Al-Shuraimin siyasi mesajlardan dolayı “Twitter” sosial hesabı bağlanıb. Buna səbəb kimi imamın tvitter üzərindən krallıqdakı siyasi və sosial məsələlərə dair şərhlər yazaraq, İslam təlimlərinin pozulmasına dair müzakirələrdə yer alması göstərilib.

1964-cü ildə Ər-Riyadda doğulan imam Məkkədəki Umm Al-Qura universitetində dekanlıq edir və professor olaraq işləyir və indiyə qədər bir çox akademik xidmətdə yer alıb. Məkkə Temyiz Məhkəməsində isə hakimlik edib.

Onunla eyni məsciddə xidmət göstərən Şeyx Abdul Rahman As-Sudais isə Kral ailəsinin siyasəyinə kor-koranə sədaqət göstərdiyi üçün  xalq tərəfindən müzakirə edilir. Səudiyyəlilərin əksəriyyətinin kral ailəsini “dinə münasib görmədiyi” qeyd edilir. Al-Shauraimin isə əksinə krallıq qarşısında cəsur hərəkətini xalqın bəyəndiyi deyilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar