İslamofobik mesaja görə həbs cəzası - "Bir müsəlmanın boğazını kəsmək istəyirəm"

İslamofobik mesaja görə həbs cəzası – “Bir müsəlmanın boğazını kəsmək istəyirəm”
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərədə sosial mediada bir müsəlmanın boğazını kəsmək istədiyini yazan şəxsə 20 ay həbs cəzası verilib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, İngiltərədə sosial media hesabından irqçi və islamofobik mesajlar yazan Rhodenne Chand Birmingham Cəza Məhkəməsində hakim qarşısına çıxıb.

Chand haqqında irəli sürülən irqçilik nifrəti yaymağa çalışdığı ilə bağlı cinayəti qəbul edib.

Məhkəmə Chandın ötən il İngiltərənin Mançester şəhərində keçirilən konsertdə yaşanan bombalı hücumdan sonra tvitter sosial hesabından paylaşdığı irqçi mesajlardan dolayı günahlandırıldığını bildirib. 20 ay həbs cəzası verilən Chandın istifadə etdiyi irqçi və islamofobik ifadələr arasında “bir müsəlmanın boğazını kəsmək istəyirəm” ifadəsi də yer alıb.

Paylaşımları ilə bəzi tvitter istifadəçilərinin diqqətini çəkən hind əsilli İngiltərə vətəndaşı Chand Londondakı terror hücumlarından 2 gün əvvəl, ötən ilin 17 iyun tarixində nəzarət altına alınmışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar