A24 Xeber

İslandiya millisinin baş məşqçisi istefa verdi

İslandiya millisinin baş məşqçisi istefa verdi
22
17 İyul 2018 - 18:29

Heymir Hadlqrimsson futbol üzrə İslandiya milli komandasının baş məşqçi postunu tərk edib.

A24.Az İslandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Hadlqrimsson 2011-ci ildən məşqçi kimi çalışdığı yığmaya 2014-cü ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında AÇ-2016-da debüt edib və 1/4 finala qədər irəliləyib. DÇ-2018-də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.

Qeyd edək ki, 14 iyun – 15 iyulda Rusiyada keçirilmiş mundialdan sonra İslandiya yığmasının qapıçısı Hannes Halldorsson “Qarabağ”a transfer olunub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00