İsmayıllıda kürəkən qayınatasını qətlə yetirib

İsmayıllıda kürəkən qayınatasını qətlə yetirib
Want create site? Find Free WordPress Themes and plugins.

İsmayıllı rayonunda qohumlar arasında baş verən münaqişə ölümlə nəticələnib.

“A24.az” bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17.00 radələrində rayonun Quşencə kəndində kürəkən qayınatasına bıçaqla ağır xəsarətlər yetirərək, onu amansızlıqla qətlə yetirib. Ölən şəxsin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar