A24 Xeber

İspaniya klubu “İnter”in yarımmüdafiəçisini heyətinə qatıb

İspaniya klubu “İnter”in yarımmüdafiəçisini heyətinə qatıb
34
24 May 2018 - 19:56

 İspaniyanın “Valensiya” klubu İtaliya “İnter”inin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.

A24.Az klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyib.

25 yaşlı fransalı yarımmüdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb. Sözləşməyə əsasən, hər hansı bir klub Kondoqbiyanı transfer etmək istəsə, 80 milyon ödəməlidir.

Qeyd edək ki, J.Kondoqbiya başa çatan mövsümdə icarə əsasında “Valensiya”da çıxış edib. O, 31 oyunda iştirak etməklə yanaşı, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00