İspaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı - Səbəbi YƏMƏN

İspaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı – Səbəbi YƏMƏN
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırıb.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, İspaniya 400 lazer başlıqlı bombalar üçün ödənilən 9,2 milyon avronu isə geri qaytaracaq.

Satılacaq bombaların Yəməndə istifadə olunacağından dolayı İspaniyanın Müdafiə Nazirliyi həmin silahların satışını dayandırdığını bildirib.

Nazirlikdən İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə verilən açıqlamaya görə, bombalar üçün ödənilən 9,2 milyon avro geri qaytarılacaq və 2015-ci ilin yanvar ayında İspaniya ilə Səudiyyə Ərəbistanı arasında imzalanan müqavilə ləğv olunacaq.

İspaniyanın Müdafiə Nazirliyi satılan bombaların avtobus hadisəsində olduğu kimi dinc əhaliyə atıla biləcəyini düşündüyü üçün silah satışını nəzərdən keçirəcəyi ilə bağlı açıqlama vermişdi.

Qeyd edək ki, avqustun 9-da Yəmənin Sada vilayətində uşaqları aparan avtobusa edilən silahlı hücum zamanı 51 nəfərin öldüyü, 79-nun yaralandığı açıqlanmışdı. Ölənlərdən 40-nın, yaralılardan isə 56-nın uşaq olduğu bildirilib.

Koalisiya Qüvvələrinin sözçüsü Turki el-Maliki də Sadada həyata keçirilən silahlı hücum zamanı xətaya yol verdiklərini boynuna almışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar