İspaniyanın "Barselona" klubu UEFA Gənclər Liqasının qalibi oldu

İspaniyanın “Barselona” klubu UEFA Gənclər Liqasının qalibi oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniyanın “Barselona” klubu UEFA Gənclər Liqasının qalibi olub.

Kataloniya təmsilçisi finalda İngiltərənin “Çelsi” komandasını darmadağın edib – 3:0.

İsveçrənin Nyon şəhərindəki “Kolovrey” stadionunda keçirilmiş qarşılaşmada Alexandro Markes “dubl” edib, daha bir qolun müəllifi isə uzatma dəqiqələrində Abel Ruis olub.

UEFA Gənclər Liqası gənclərdən ibarət klublar üçündür. Bu yarışa Çempionlar Liqasının qrup mərhələsinin 32 və Avropanın ən yaxşı 32 liqasının hər birindən bir komanda qatılır. Bu mövsüm Azərbaycanı təmsil etmiş “Qarabağ”ın qrup mərhələsindəki rəqiblərindən biri “Çelsi” olub. Ağdam komandası “zadəganlar”a səfərdə 0:5, evdə 1:3 hesabı ilə uduzub. “Barselona”nın yarımfinalda İngiltərənin “Mançester Siti” klubunu 5:4 hesabı ilə yendiyi görüşü isə FİFA referisi Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar