İspaniyanın yeni hökumətində 11 qadın nazir yer alıb

İspaniyanın yeni hökumətində 11 qadın nazir yer alıb
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniyanın Sosialist Fəhlə Partiyası tərəfindən yaradılmış yeni hökumətin üzvlərinin əksəriyyəti qadınlardır.

Bu barədə ölkənin baş naziri Pedro Sançes mətbuat konfransında bildirib.

VI Filippin dövlət başçısı olduğu yeni hökumətin tərkibini açıqlayan baş nazir qeyd edib ki, hökumətdəki 17 nazirdən 11-i qadındır. Sançesin sözlərinə görə, bu fakt hökumətin prioritetinin kişilərlə qadınlar arasında hüquq bərabərliyinin təmin edilməsindən ibarət olacağını əks etdirir.

İspaniyada hökumət rəhbərinin müavini Karmen Kalvo olub. O, həmçinin Hüquq Bərabərliyi üzrə Nazirliyə rəhbərlik edib.

Ölkənin Xarici İşlər Nazirliyinə Avropa Parlamentinin keçmiş rəhbəri Jozep Borrel rəhbərlik edəcək. Yeni iqtisadiyyat naziri isə Nadiya Kalvinyodur. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar