İsrail Amerikanın Səudiyyədə tikəcəyi nüvə təsisatlarına görə şərtlər irəli sürüb

İsrail Amerikanın Səudiyyədə tikəcəyi nüvə təsisatlarına görə şərtlər irəli sürüb
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail Səudiyyə Ərəbistanında nüvə təsisatları inşa edən Amerika qarşısında şərtlərini açıqlayıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən israilli yüksək vəzifəli şəxslərdən biri İsrail Enerji Naziri və eyni zamanda İsrail Atom Enerjisi Təşkilatının rəhbəri Yuval Steinitzın iki həftə əvvəl ABŞ Enerji Naziri və Səudiyyə Ərəbistanı ilə Müzakirə Heyətinin rəhbəri Rick Perri ilə görüşdüyünü bildirib.

Steinitzın bu görüşdə İsrailin Səudiyyə Ərəbistanının nüvə layihəsinə dair “qırmızı cizgilər”ini təqdim etdiyi söylənilir.

İsrailin “Kanal10” televiziyasının xəbərinə görə, Steinitzin Perriyə təqdim etdiyi “qırmızı xətlər”də Səudiyyə Ərəbistanının uranın zənginləşdirilməsinin qarşısının alınması, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında layihənin həyata keçirilməsinə dair müqavilənin bütün detallarını qabaqcadan görülməsi və Səudiyyə Ərəbistanının nüvə stansiyaları quracağı əraziylə bağlı müşavirələrdə iştirak etmək kimi şərtlər yer alıb.

İsrailin Vaşinqton rəhbərliyindən Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələrin şəffaf bir şəkildə İsrail ilə koordinasiya edilməsini tələb etdiyi qeyd edilən xəbərdə, İsrailin ABŞ-dan Səudiyyə Ərəbistanına nüvə yanacaq təmin etməsi və eyni şəkildə bu yanacağın Səudiyyə Ərəbistanından çıxarılmasını istədiyi bildirilib.

Xəbərdə bildirilir ki, amerikalı nazir israilli həmkarına Vaşinqton rəhbərliyinin İsrailin mövqeyini nəzərə alacaqları, Təl-Əviv və Səudiyyə Ərəbistanı ilə aparılan danışıqların mahiyyətini bölüşəcəyi barədə söz verib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar