İsrail avtomatik stansiyasını Aya göndərəcək: Tarix bəllidir

İsrail avtomatik stansiyasını Aya göndərəcək: Tarix bəllidir
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın “SpaceX” şirkəti İsrailin avtomatik stansiyasını Aya göndərəcək. Bu barədə “Space.com” portalı məlumat verib. “Falcon 9” raketdaşıyıcısı ilə həyata keçiriləcək buraxılış dekabra təyin olunub.

A24.Az “RENtv” resursuna istinadən bildirir ki, modulun Ay səthinə enişi 2019-cu ilin fevralına planlaşdırılır. Layihə İsrailin özəl “SpaceIL” və dövlət “Israel Aerospace Industries” şirkətləri tərəfindən birgə hazırlanır.

Çəkisi 600 kiloqram təşkil edən aparat əvvəlcə “Google Lunar X Prize” layihəsi üçün hazırlanıb. O, Yer ətrafında elliptik orbitə çıxarılacaq, daha sonra Aya doğru uçuş trayektoriyasına keçəcək.

Əməliyyat uğurlu keçəcəyi təqdirdə İsrail Rusiya, ABŞ və Çindən sonra Ay səthinə avtomatik stansiya çatdıran dünyanın dördüncü dövləti sırasına daxil olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar