İsrail Baş nazirinin əlində göstərdiyi bu parça İranın gülüşünə səbəb oldu

İsrail Baş nazirinin əlində göstərdiyi bu parça İranın gülüşünə səbəb oldu
Want create site? Find Free WordPress Themes and plugins.

 

İran Netanyahunun sözlərinə reaksiyası verdi.

A24.az xəbər verir ki, İran xarici işlər naziri İsrailin Baş naziri Netanyahuya istinadən verdiyi açıqlamanı “komediya” olaraq xarakterizə edib.

İsrail Baş naziri Benyamin Netanyahu, “İsrailə hava hücumu zamanı vurulan İranın pilotsuz təyyarəsinin bir hissəsini göstərərək “Tehran tiranlarına bir mesajım var. İsrailin qətiyyətini sınamayın” deyərək İrana meydan oxuyub.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Netanyahunun bu sözlərini cavabsız qoymayıb.

Münhen Təhlükəsizlik Konfransında danışan Zərif Netanyahunun sözlərini “komediya” olaraq xarakterizə edib. İran Xarici İşlər Nazirliyi, “Bu səhər komediyaya bənzər bir sirkin izləyicisi oldunuz. O (Netanyahu) bizim bu haqda verəcəyimiz açıqlamaya layiq deyil” deyərək çıxışını tamamlayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar