A24 Xeber

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak oldu

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak oldu
29
15 May 2018 - 21:12

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Onun sözlərinə görə, 51 yaşlı Naser Əhməd Mahmud Qurab mayın 15-də Barica şəhərinin şərqində İsrail hərbçilərinin açdığı atəş nəticəsində ölüb: “Bununla da martdan bəri İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 105 nəfərə çatıb”.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 15-də İordan çayının qərb sahilində 80 nəfər yaralanıb: “Onlardan 50-si Vifleym şəhərində İsrail hərbçilərinin rezin və döyüş güllərindən istifadə etməsi nəticəsində xəsarət alıblar. Gözyaşardıcı qazdan zəhərlənənlərin sayı isə onlarladır. Əl-Bira şəhərinin girişində də 30 nəfər yaralanıb”.

Qeyd edək ki, fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edirlər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00