A24 Xeber

İsrail hərbçiləri “şəfqət mələyini” qətlə yetirib – FOTO

İsrail hərbçiləri “şəfqət mələyini” qətlə yetirib – FOTO
65
02 İyun 2018 - 16:13

Qəzza zolağı ilə İsrail sərhədində ötən gün baş vermiş toqquşmalarda “şəfqət mələyi” kimi tanına Fələstindən olan könüllü həkim Rəzan Əşrəf ən Nəcar həlak olub.

A24.Az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Fələstin rəsmiləri hadisənin Xan Yunus şəhərində baş verdiyini bildirir. İsrail hərbçiləri fələstinli etirazçıları atəşə tutan zaman həkim ölümcül güllə yarası alıb.

Həmkarlarının dediyinə görə, gənc qadın İsrail sərhəddindən 50 metr aralıda yaralanmış etirazçıya ilkin yardım göstərən zaman vurulub.

Həmin gün fədakar Rəzan beş yaralının həyatını xilas edib.

Gənc həkim iki aydan çoxdur ki, Qəzzada yaralanan fələstinlilərə ilkin yardım göstərirdi.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00