A24 Xeber

İsrail müdafiə naziri: Əsəd Suriya müharibəsində qələbə qazandı

İsrail müdafiə naziri: Əsəd Suriya müharibəsində qələbə qazandı
28
03 Avqust 2018 - 13:08

İsrail müdafiə naziri Avigdor Liberman Suriya prezidenti Bəşər Əsədin müharibədə qələbə qazanan tərəf olduğunu etiraf edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, hərbi hava bazasını ziyarət edən Liberman Təl-Əvivin Bəşər Əsədi devirmə istiqamətindəki köhnə mövqeyindən geri addım ataraq “Biz 1974-cü ildəki müqavilənin pozulmadığı müddətdə Suriyanın daxili işlərinə qarışmırıq”, – deyə bildirib.

Liberman həmçinin, yaxın günlərdə işğal altındakı Qolan təpələrində vəziyyətin sakitləşəcəyinə ümid etdiklərini qedy edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00