İsrail ölkəsinə gələn əcnəbilərlə bağlı qadağa qoydu

İsrail ölkəsinə gələn əcnəbilərlə bağlı qadağa qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail parlamenti İordan çayı vadisində yəhudi məskənlərinin salınmasına qarşı çıxan və buna görə ölkəni boykot etməyə çağıran şəxslərin dövlət ərazisinə girişinə qadağa qoyan qanun qəbul edib.

“A24.az” bildirir ki, “Financial Times”da verilən məlumata görə, akt İsrailin baş naziri Binyamin Netanyahunun fəal dəstəyi ilə qəbul olunub.

Sənədin mətninə əsasən, İsrail aşkar şəkildə onu və ya onun nəzarəti altında olan əraziləri boykot etməyə çağıran əcnəbilərin ölkəyə girişinə icazə verməyəcək.

Müxalifətçi deputatlar qanunun əleyhinə çıxış ediblər, bildiriblər ki, bu, İordan çayının Qərb sahili və Qəzza əhalisinin siyasi əqidəsinə xələl gətirir. (report.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar