A24 Xeber

İsrail ordusu qadın əsgərlərdən nə üçün istifadə edir? – FOTOLAR

İsrail ordusu qadın əsgərlərdən nə üçün istifadə edir? – FOTOLAR
1. 929
13 Mart 2017 - 11:41

Bölgədə tətbiq etdiyi sərt hərbi müdaxilələrlə daim xəbər mövzusu olan İsrail ordusunun bir digər xüsusiyyəti isə ordusunda qadınların yer almasıdır.

Əlbəttə, xəbərlərə mövzu olan vəziyyət qadınların əsgərlik çəkməsi deyil, əsgər qadınların mediyaya tuş gələn görüntüləridir. Bəs bu görüntülərin tez-tez mətbuata çıxarılmasının səbəbi nədir?
A24. Az “Milliyyet”ə istinadən xəbər verir ki, qadınların nizami orduda hərbi xidmət keçməli olduğu tək dövlət İsraildir. Həmin qadınlar 21 ay məcburi hərbi xidmət keçməlidirlər.
İsrail ordusunda qadınlar döyüşlərə qatılmamaq şərti ilə döyüş bölgələrində xidmət keçirlər. İsrailin Fələstində tətbiq etdiyi siyasəti kölgələmək üçün istifadə etdiyi bu fotolar mediada geniş yer alır və bunun nəticəsində Fələstində tətbiq etdikləri şiddətdən az danışılır, həm də İsrail ordusu dünyanın gözündə daha fərqli bir görüntüyə sahib olur. Bir-birilərindən diqqət çəkici qadın əsgərlər İsrail ordusunun zərər görən imicinin düzəldilməsi üçün istifadə edilir.
Əslində gözəlliklərinin arxasında vəhşilik də ehtiva edən qadın əsgərlər son dərəcə qəddar yetişdirilir. Qadınlar kişilərlə eyni qərargahda təhsil alır, eyni şərtlərdə yaşayır. Sərhəd bölgələri xaric digər ərazilərdə xidmət edən qadınlar axşamlar və həftə sonları silahları ilə birlikdə evlərinə gedə bilirlər.
İsrail ordusunun qadın əsgərlərinin bəzi görüntülərini təqdim edirik:
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00